Milyonçu olmaq üçün nə etmək lazımdır?


Digərləri 19 Avq 2018 19:05:00 242 0

Milyonçu olmaq üçün nə etmək lazımdır?

Çoxları milyonçu olmaq və pula görə narahatçılıq yaşamamağı arzulayır. Bəziləri arzulayır,bəziləri isə arzularına çatmaq üçün dəqiq addimlar atır. Amma bu addımlar nədir? Zənginliyə yol açmaq üçün nədən başlamaq  lazımdır?

Fikrimcə,ən məntiqli üsul bu yolu keçib artıq zəngin olanları dinləməkdir.

Xüsusən, Warren Buffett, dünyanın ən zəngin adamlarından biridir.

Son.az bizplus.az-a istinadən bildirir ki, Buffet-dünyada ən böyük və ən məşhur sərmayəçilərindən biridir, onun 2018-ci ilin mart ayında sərvəti 100.1 milyard dollar təşkil edib.

Baffet müvəffəqiyyət qazandığını gizlətmir və biz aşağıda zəngin olmaq istəyənlər üçün Warren Buffettin 10 qaydasını Sizlərlə paylaşacayıq.

1.Mənfəətə yenidən baxın

Pulunuz əlinizə çatdıqda, onu xərcləmək istəkləriniz yaranır.Amma bunu etməyə dəyməz.

Bunun əvəzinə, qazancınızı yeni investisiyalara sərf etmək daha yaxşıdır.

Baffet bunu səfərin başlanğıcında öyrənmiş və peşman olmamışdır.

Məsələ ondadır ki, nə qədər çox investisiya etsəniz bir o qederdə, sizin gəliriniz yüksələcək.

Yəni, bir işin mənfəətini başqa bir işin inkişafına yönəldə bilərsiniz və ya digər səhmləri satın ala bilərsiniz.

Beləliklə, sizin portfeliniz daha da şaxələndiriləcək, bazarlarda yaranacaq risklərdən daha çox qorunacaqsınız və gələcəkdə daha yüksək mənfəət əldə edə biləcəksiniz.

2.Fərqli düşünməyə hazır olun

Qərarlarınızı digərlərinin danışdıqları və fikirləşdikləri əsasında verməyin.

Baffet pul idarə etməyə başladığında, əvvəlcə onu qəribə hesab edirdilər. O, Wall Streetdə deyil, Omaha şəhərində işləyirdi, həm də o, tərəfdaşlarına pullarını hara yatırdığını xəbər etmirdi.

İnsanlar onun işinin uğursuzluğa çevriləcəyini təxmin edirdilər. Ancaq 14 ildən sonra o, 100 milyon dollardan artıq məbləğə sahib idi. Bir çox sərmayəçi qeyd edir ki, kor-koranə çoxluğu izləmək lazım deyil.Ən əsası çoxluqdan fərqlənə bilən öz fikirlərinizə sahib olmalısınız, amma öz doğruluğunuzdan əminsinizsə  , öz yolunuz ilə hərəkət etmək lazımdır

3.Başlamadan əvvəl razılaşmanı ətraflı müzakirə edin

Lap uşaq vaxtlarından Buffet müzakirəni sahildə etmək lazım olduğunu öyrəndi. Beləki, güclü küləkdən sonra ailə mağazasın qazsinlar deyə uşaqlıqda onu və dostunu qohumları işə götürdülər.

Uşaqlar sümüyü donana qədər işlədilər və nəticədə ikisinə 90 cent aldılar.

Buna görədə Warren Buffett indi ticarət etmir.Əgər hansısa şirkəti almaq istiyirsə,birbaşa ödəyə biləcəyi məbləği təklif edir.

Bundan sonra o, sözlərindən uzaqlaşmır, çünki təklifləri həmişə məqbuldur və təyin olunan qiymət ədalətlidır.

4.Kiçik xərclərə diqqət yetirin

Buffett, ən kiçik xərclərə qayğı göstərən şirkət bizneslərinə investorluq edir.

Bir zamanlar müdiri aldanıb-aldanmadığını müəyyən etmək üçün tualet kağızlarını sayan bir şirkəti əldə edib.

Yolun qarşısında olan binanın yalnız ön hissəsinə boya çəkən bir yoldaşına heyranlıq etdiyi kimi şayiələr də var.

Dünyanın iki zəngin dostu olan Warren Buffett və  Bill Geyts haqqında belə bir hekayə var. Onlar Çində olduqları zaman yerli McDonald's-a getməyə qərar veriblər.

Sifarişlərini ediblər və ödəmə vaxtı gəldikdə, Bill Geyts cüzdanını götürüb, lakin Buffet ona özünün ödəyəcəyini bildirib.

Amerikadan gətirdiyi  endirim kuponunu  çıxartması isə ətrafdakıları təəcübləndirib.