Yağlı və problemli dərilər üçün maskalar


Digərləri 19 Avq 2018 19:10:00 244 0

Yağlı və problemli dərilər üçün maskalar

Yağlı dəriyə qulluq edilməsində əsas məqsəd onu təmiz saxlamaq və məsamələrini daraltmaqdan ibarətdir.

Tərəfimizdən aşağıda təklif olunan maskalar təmizləyici, qidalandırıcı və ağardıcı effeklərə malikdirlər.

- Dərini bir qədər qurutmaq məqsədi ilə pambıq tamponla onun üzərinə qatıq və ya kefir çəkin və 15 dəqiqədən sonra sərin su ilə yuyun.

- Bir yumurta ağını yaxşı-yaxşı çaldıqdan sonra onun üzərinə qurudulmuş 1 limon qabığının üyüdülmüş tozunu, 1 çay qaşığı limon şirəsini və üyüdülmüş 1 xörək qaşığı yulaf yarması ("herkules") əlavə edin. Alınan qarışığı sıyıq şəklini alana qədər qaynadılmış su ilə durulaşdırın, üzünüzə çəkin və 15 dəqiqə saxlayın.

- 1 xörək qaşığı mayanın üzərinə 2-3 xörək qaşığı qatıq, 1 çay qaşığı limon şirəsi və 1 neçə damcı 3%-li hidrogen peroksid məhlulu (apteklərdə satılır) əlavə edərək qarışdırın. Alınan maskanı köpüklü şəkildə üzün dərisinə çəkib 15 dəqiqə saxlayın.

- 1 xörək qaşığı ağ gilin üzərinə 1 çay qaşığı limon şirəsi, eyni miqdarda bal və qatı kütlə alınana qədər bir qədər qaynadılmış ilıq su əlavə edin. Maskanı dərinizə çəkin və 15 dəqiqə saxlayın.