Hazard qərarını verdi


İdman 19 Avq 2018 16:38:00 365 0

Hazard qərarını verdi

Chelsea-nin yarımmüdafiəçisi Eden Hazard komandadan ayrılacağı ilə bağlı söz-söhbətlərə son nöqtəni qoyub.

Goal.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, belçikalı futbolçu London klubunda xoşbəxt olduğunu və heç yerə getməyəcəyini bildirib:“Dünya çempionatından sonra dediyim sözləri hamı bilir. Amma Chelsea-də məni hər şey qane edir. Hələlik bu haqda artıq nəsə danışmaq istəmirəm. Çox söz-söhbətlər oldu, ancaq indi hər şey ürəyimcədir. Klubla hələ 2 illik müqaviləm var. Görək, hadisələr necə cərəyan edəcək. Bu il heç yerə getməyəcəyəm. “Arsenal”la oyunda da gördük ki, azarkeşlər əvvəlki kimi məni sevir. Burda oynamaq xoşuma gəlir. Görək, yaxın 1-2 ildə necə olacaq”.

Qeyd edək ki, Hazardın Real-a keçəcəyi ilə bağlı xəbərlər yayılmışdı.