Türkiyə yeni helikopterini təqdim etdi –


Dünya 19 Avq 2018 16:10:00 222 0

Türkiyə yeni helikopterini təqdim etdi –

Türkiyədə T-625 adlı ilk milli çoxməqsədli helikopter hazırlanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, helikopterin prototipi Türk Havacılık ve Uzay Sanayii AŞ (TUSAŞ/TAI) tərəfindən, Türkiyə Müdafiə Sənayesi Katibliyi ilə birgə hazırlanıb.

Növbəti mərhələdə helikopterin sistemləri sınaqdan keçiriləcək və o, ilk test uçuşlarına başlayacaq.

T-625 helikopterinin füzelyajı, ötürücü və rotor sistemi, şassi və avtopilotu TUSAŞ mühəndisləri tərəfindən hazırlanıb.

Türkiyədə çoxməqsədli ikimühərrikli helikopterin üzərində iş 2013-cü ildən aparılır.


Xəbərə aid fotolar