Ronaldo ilə toqquşmadan sonra xəstəxanaya yerləşdirildi


İdman 19 Avq 2018 15:21:00 267 0

Ronaldo ilə toqquşmadan sonra xəstəxanaya yerləşdirildi

İtaliyanın Chievo klubunun qapıçısı Stefano Sorrentino Juventus-un hücumçusu Kriştianu Ronaldo ilə toqquşmadan sonra xəstəxanaya düşüb.

Goal.az "Football Italia" nəşrinə istinadən xəbər verir ki, qolkiperə burun sınığı diaqnozu qoyulub.

Həkimlər onun başından da zədə aldığını ehtimal edirlər.

Oyunun əsas hissəsinə əlavə olunmuş vaxtda zədələnmiş Sorrentinonu qolkiper Andrea Sekulina əvəz edib. Komandanın məğlubiyyətinə səbəb olan üçüncü qolu məhz o buraxıb. Matç 3:2 hesabı ilə qonaqların xeyrinə başa çatıb.