SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: DəmirçiLahıc yolunda təmir işləri aparılır


Digərləri 19 Avq 2018 13:52:00 265 0

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: DəmirçiLahıc yolunda təmir işləri aparılır

Dəmirçi-Lahıc avtomobil yolunda aparılan yenidənqurma işlərinin tam olaraq yekunlaşdırılmaması ilə əlaqədar olaraq 19-31 avqust 2018-ci il tarixlərində sözügedən avtomobil yolu ilə hərəkət tam olaraq məhdudlaşdırılır.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Son.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolun bağlı olması ilə əlaqədar olaraq alternativ yollardan istifadə etmələri xahiş olunur.