Kürdəmirdə zəncirvari yol qəzasında 1 nəfər xəsarət alıb


Digərləri 19 Avq 2018 13:46:00 279 0

Kürdəmirdə zəncirvari yol qəzasında 1 nəfər xəsarət alıb

Kürdəmir rayonunda zəncirvari yol qəzası baş verib.

Son.az Report-a istinadən bildirir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişili kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Əvvəlcə "Hyundai Tucson", ardınca isə "VAZ-2107" markalı minik avtomobilləri "VAZ-21015"ə çırpılıb. Nəticədə "015"in sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son.az