Almaniya Trampın istəyinə görə Rusiya qazından imtina etməyəcək


Dünya 19 Avq 2018 13:16:00 296 0

Almaniya Trampın istəyinə görə Rusiya qazından imtina etməyəcək

Almaniya Rusiyadan qaz idxalını dayandırmayacağını açıqlayıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, ötən günlərdə ABŞ prezidenti Donald Tramp Almaniyanı "Şimal axını 2" layihəsinə görə tənqid etmiş, rus qazına milyardlarla dollar ödəməkdə və yeni boru xətti inşasını planlaşdırmaqda ittiham etmişdi.   Almaniya Sosial Demokrat Partiyasının baş katibi Andrea Nahles məsələ ilə bağlı açıqlama verərək ölkənin enerji siyasəti ilə əlaqədar razılaşmalardan ABŞ prezidentinin istəyinə görə əl çəkməyəcəklərini deyib.