19 avqust Beynəlxalq Humanitar Yardım Günüdür


Dünya 19 Avq 2018 13:03:00 261 0

19 avqust Beynəlxalq Humanitar Yardım Günüdür

Avqustun 19-u dünyada Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu gün BMT tərəfindən 2008-ci ildə təsis edilib. İlk dəfə isə 2009-cu ildə qeyd olunub.

Bu tarix ehtiyacı olan insanlara humanitar yardım göstərərkən həyatını itirənlərin xatirəsinə həsr edilib.

Məlumat üçün bildirək ki, BMT baş katibinin xüsusi nümayəndəsi Serxio Vieyra de Mello və onun İraqdakı Yardım Missiyasında çalışan 21 həmkarı 2003-cü il avqustun 19-da Bağdaddakı "Kanal Otel"də kamikadzenin özünü partlatması nəticəsində həlak olublar. Bu tarix məhz onların xatirəsini anmaq üçün qurum tərəfindən xüsusi olaraq seçilib.