Mətanətin içki içərkən çəkilən


Şou-biznes 19 Avq 2018 12:39:00 261 0

Mətanətin içki içərkən çəkilən

Müğənni Mətanət Əsədovanın sosial şəbəkədə içki içərkən çəkilən videosu yayılıb. 

Son.az axşam.az-a istinadən bildirir ki, İnstaqramda bir çox səhifələrdə paylaşılan görüntüdə Əsədova araq içir və mahnı oxuyur. 

+18 işarəsi ilə yayılan videoda söyüşlər də işlədilir. Tənqid edilən müğənniyə şou-biznes nümayəndələri dəstək olublar. 

Müğənni Nadir Qafarzadə sözügedən videonu yayımlayaraq həmkarına bunları yazıb:

"Düşünürəm ki, kişi işi deyil insanı, əsasən də qadını gizlin çəkib paylaşmaq. Eşitdiyimə görə bunu edən polis işçisidir. Heç yaraşdırmadım. Belələri polis adına ləkədir. Bunu edən şəxs lazımi cəzasını almalıdır. Camaatın şəxsi işinə qarışmaq olmaz. Guya Azərbaycanda tək içən Mətanətdir? Bilmək olmaz o qədəhdəki araqdır, yoxsa limon qarışdırılmış su. Hamı süddən çıxmış ağ mayadır. Biz sənət adamları göz önündə olduğumuz üçün etdiyimiz hər hərəkət gözə çarpır. 

İnstaqramdakı, şəhərdəki tərbiyəsizləri görən yoxdur. Onları da Mətanət edir? Ey insanlar, bəsdirin, yetər".