Azərbaycan nefti 73 dolları ötdü


Digərləri 19 Avq 2018 11:23:00 219 0

Azərbaycan nefti 73 dolları ötdü

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 73,45 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur.

Son.az xəbər verir ki, bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 72,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.