Leo Messi “Barselona”nın İspaniya çempionatlarında tarixi qol vurub (FOTO) (VİDEO)


Digərləri 19 Avq 2018 10:52:00 327 0

Leo Messi “Barselona”nın İspaniya çempionatlarında tarixi qol vurub (FOTO) (VİDEO)

Argentinalı futbolçu Lionel Messi "Barselona" klubunun İspaniya çempionatında 6000-ci qolunu vurub.

Bakı. Tural Turan - Argentinalı futbolçu Lionel Messi "Barselona" klubunun İspaniya çempionatında 6000-ci qolunu vurub. Trend-in məlumatına görə, bu tarixi hadisə ilk turda "Alaves"lə ev oyununa təsadüf edib. Messi 64-cü dəqiqədə cərimə zərbəsini dəqiq yerinə yetirib. O, 90+2-ci dəqiqədə də fərqlənib. Daha bir qolu isə 83-cü dəqiqədə Filippe Koutinyo vurub. Beləliklə, "Barselona" 3:0 hesabı ilə qalib gəlib.