ABŞ İrana qarşı sanksiyalara qoşulmayan


Dünya 19 Avq 2018 10:04:00 242 0

ABŞ İrana qarşı sanksiyalara qoşulmayan

ABŞ və Yaxın Şərqdəki tərəfdaşları ilə İraq arasında Donald Tramp administrasiyası tərəfindən İrana qarşı tətbiq olunan sanksiyalara görə ziddiyyət artır.

Son.az Trend-ə istinadən bildirir ki, Bağdad İranla ticarətin saxlanması zərurəti ilə əlaqədar sanksiya rejiminə tam riayət etməkdən imtina edir, ABŞ hakimiyyəti isə əvvəlki kimi 5 mindən çox amerikalı hərbi qulluqçunun yerləşdirildiyi İraqa qarşı sanksiya tətbiq edəcəyi ilə hədələyir.

Vaşinqtonda fəaliyyət göstərən yüksək vəzifəli iraqlı diplomat RİA Novosti-yə bildirib ki, Birləşmiş Ştatlar İraqın İranla qarşılıqlı münasibətlərinin mürəkkəbliyini anlayır, lakin yenə də təzyiq göstərməyə davam edir.