Cəlilabadda iki toy mərasimində kütləvi dava


Digərləri 19 Avq 2018 10:09:00 222 0

Cəlilabadda iki toy mərasimində kütləvi dava

Ötən gecə Cəlilabad rayonunda keçirilən iki toy mərasimində kütləvi dava baş verib.

Son.az Report-a istinadən bildirir ki, ilk hadisə rayonun Uzuntəpə kəndinə qeydə alınıb.

Buradakı mərasimdə kənd sakinləri, iki qardaş - 1994-cü il təvəllüdlü Həsənov Şamxal İlham oğlu və 1997-ci il təvəllüdlü Həsənov Adəm İlham oğlu döyülüblər.

Yaralılara Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müvafiq tibbi yardım göstərilib.