Kür çayında biogen maddələrin miqdarı normadan artıqdır


Digərləri 19 Avq 2018 09:54:00 252 0

Kür çayında biogen maddələrin miqdarı normadan artıqdır

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə avqust ayında növbəti monitorinq həyata keçirib.

Son.az bildirir ki, nazirlikdən Trend-ə verilən məlumata görə, avqust ayının I ongünlüyündə Kür çayında suyun sərfi iyul ayının III ongünlüyünə nisbətən 39,6 kubmetr/san azalaraq 75,4 kubmetr/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı Şıxlı-2 məntəqəsində biogen maddələrin miqdarının normadan artıq olması müşahidə olunub.