İndoneziyada da zəlzələ oldu


Dünya 19 Avq 2018 09:44:00 223 0

İndoneziyada da zəlzələ oldu

İndoneziyanın Lombok adasında 6,3 bal gücündə zəlzələ baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeri vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların episentri Lombok adasında, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.