ABŞda "Backstreet Boys" konserti zamanı qəza:


Dünya 19 Avq 2018 09:49:00 203 0

ABŞda "Backstreet Boys" konserti zamanı qəza:

ABŞ-ın Takervill şəhərində (Oklahoma ştatı) "Backstreet Boys" qrupunun konsertində giriş tağı insanların üzərinə aşıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə konsertin keçməli olduğu "WinStar World Casino and Resort" kazinosunun press-relizində bildirilir.

Məlumata əsasən, tağın insanların üzərinə aşması nəticəsində azı 14 nəfər xəsarət alıb. Yaralılara əvvəlcə hadisə yerində yadım göstərilib, daha sonra isə xəstəxanaya yerləşdirilib.

Qeyd edilir ki, insidentdən sonra qrupun konserti təxirə salınıb.