Türkiyədə 32 maşının iştirakı yol qəzası baş verib, ölən və yaralananlar var


Digərləri 19 Avq 2018 01:19:00 194 0

Türkiyədə 32 maşının iştirakı yol qəzası baş verib, ölən və yaralananlar var

Türkiyənin şimal-qərbində Eskişehir-Bursa avtomobil yolunda 32 avtomobilin iştirakı ilə yol qəzası baş verib

Bakı. Türkiyənin şimal-qərbində Eskişehir-Bursa avtomobil yolunda 32 avtomobilin iştirakı ilə yol qəzası baş verib. Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, yol qəzası nəticəsində 1 nəfər həlak olub, 15 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.