Uşaqları günvurmadan belə qoruyun


Digərləri 18 Avq 2018 23:35:00 246 0

Uşaqları günvurmadan belə qoruyun

Yay mövsümü uşaq üçün hovuz və dənizə girmək, açıq havada oyun məkanlarında oynamaq və gəzmək üçün əla şansdır. Yeni uşaq sahibi olan valideynlər də körpələrlə birlikdə gözəl havanın dadını çıxarmaq istəyir. Lakin bu gözəl günlərin peşmanlığını çəkmək yaxşı olmaz. ona görə də körpələri və uşaqları yayın qızmar günəşinin mənfi təsirlərindən qorumaq lazımdır. Aile.lent.az uşaqları gündən qorumaq üçün bunları etməyinizi məsləhət görür.

1. Kondisionerdən uzaq saxlayın

Kondisioner istifadəsindən uzaq dayanmaqda fayda var. Əgər istifadə ediləcəksə mütləq bakteriya filtrinin olmasına diqqət edin. Kondisionerin soyuq hava üfürən fanlarının yeni doğulmuş körpə və uşaqlara birbaşa olaraq təmas etməsinə imkan verməyin.

2. Günəşdən qoruyun

Günəç altında 15 dəqiqədən çox günəşlənmək məsləhət deyil. Günəş şüalarının qızmar olduğu vaxtlarda - saat 11.00 - 16.00 arasında körpə və uşaqları çölə çıxarmamağa çalışın. Gündəlik 15 dəqiqə günəş işığı lazım olan D vitamini almaq üçün kifayətdir. Günəş kremlərindən lazım olduğundan çox istifadə etmək D vitamini istehsalını azaldaraq toksik maddələrin bədəndə yığılmasını asanlaşdırdığı  üçün ölçülü miqdarda istifadə edin. Körpə çölə çıxarıldıqda başına pambıqlı bir şapka qoysanız günəşdən qorumağa dəstək olar.

3. Turşulu və qazlı içkilər verməyin