Azərbaycan neftinin 1 bareli 73 dolları ötüb


Digərləri 18 Avq 2018 23:19:00 291 0

Azərbaycan neftinin 1 bareli 73 dolları ötüb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 73,45 dollar/barel təşkil edib ki, bu da cümə axşamına olan göstəricidən 0,84 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 17-də 72,67 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,83 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 17-də 69,18 dollar/barel təşkil edib ki, əvvəlki qiymətdən 0,84 dollar/barel çoxdur.