KQB zabiti Azərbaycan səmasında “uçan boşqabdan” danışdı FOTO


Digərləri 18 Avq 2018 22:53:00 285 0

KQB zabiti Azərbaycan səmasında “uçan boşqabdan” danışdı  FOTO

Mən Azərbaycanda xidmət edərkən uçan naməlum obyekt (UNO) görmüşəm. Obyekt hərbi hissəmizin üzərindən uçurdu. Diametri... Paralel kurslarda havada olan pilotlar müxtəlif rəqəmlər deyirdilər.

Son.az oxu.az-a istinadən bildirir ki, bu barədə "Komsomolkaya pravda" müsahibəsində ehtiyatda olan mayor, keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ("KQB") Üçüncü Baş İdarəsinin (Daxili təhlükəsizlik və sovet ordusunda əks-kəşfiyyat) əməkdaşı Vasili Kuzminıx bildirib.

Keçdiyi həyat yolundan danışan Kuzminıx, Azərbaycanda xidmətini də xatırlayıb və ölkəmizdə olarkən UNO gördüyünü bəyan edib.

"Onu uzaqdan görən pilotlar iddia edirdilər ki, diametri 800 metrdir. Lap yaxından uçanlar isə, 80 metr - stadion kimi olduğunu bildirirdilər. Sadəcə rənginə görə qaz sobasında alovun rəngini xatırladan mavi şar.


Xəbərə aid fotolar