Yenidoğulmuş uşaq ilk dəfə nə zaman çimizdirilməlidir?


Digərləri 18 Avq 2018 22:35:00 261 0

Yenidoğulmuş uşaq ilk dəfə nə zaman çimizdirilməlidir?

Mütəxəssislər yenicə anadan olmuş körpələri ilk dəfə çimizdirilmələrinin 48 saata kimi ləngitməyi məsləhət görürlər. Bunun üçün aşağıdakı səbəblər mövcuddur:

Müxtəlif infeksiyalara yoluxma təhlükəsinin aşağı düşməsi. Körpələr verniks  adlanan erkən inkişaf vaxtı formalaşmış ağ rəngli dəri hüceyrələrindən ibarət maddə ilə örtülmüş halda doğulurlar. Verniks yayılmış bir çox bakterioloji yoluxmaların qarşısını alan zülal daşıyıcısıdır. Verniksi təbii anti-bakterial bir məlhəm  rolunu oynayır. Qısası, körpəniz belə bir mikrob əleyhinə maddəyə bürünmüş şəkildə dünyaya gəlir. B grup streptokok və E coli tipli bakteriyalar doğuş zamanı körpəni yoluxurub pnevmoniya, meningit kimi qan infeksiyalarına səbəb ola bilər və ölümcül nəticələrə gətirə bilər. Bu infeksiyalar nadir deyillər-körpələr gündəlik olaraq bu bakteriyalar üçün müayinədən keçirlər. Verniks isə Yaradanın bu infeksiyalara qarşı təbii müdafiyəsidir. Verniks təbii dəri nəmləndiricisi və qoruyucusudur. Amniotik mayedən hava şəraitinə keçid zamanı körpənin dərisinin qorunmasına ehtiyacı vardır. Çimizdirilmənin ləngidilməsi süni ətirli losyonlara da ehtiyac qoymayacaqdır.

Körpə qanında şəkərin sabitliyi. Körpənin doğuşdan sonra erkən yuyulması qanda şəkərin düşməsinə səbəb ola bilər. Belə ki, doğuşdan bir neçə saat sonra körpə həm qanda şəkərin mənbəyi olan ciftdən ayrılmasına həm də, bətnxarici həyata uyğunlaşmalıdır. İlk günlərdə körpənin çimizdirilməsi ağlamasına, stresə və stres hormonlarının ifrazına səbəb olur. Stres hormonları isə körpənin qanında şəkərin səviyyəsini sala bilər ki, bu da körpənin ifrat yuxulu olmasına və süd əmməməsinə gətirib çıxara bilər. Bu hal isə öz növbəsində qanda şəkərin səviyyəsinin daha da düşməsinə səbəb olur. Nadir hallarda olsa belə, qanda şəkərin səviyyəsinin kəskin düşməsi nevroloji zədələrə yol aça bilər.

Körpənin tənzimlənmiş hərarəti. İlk günlərdə körpənin çimizdirilməsi hipotermiyaya səbəb ola bilər. Ana daxilində 37 dərəcə olduğu halda, bir çox körpələr otaq temperaturu 22 dərəcə olan şəraitlərdə doğulurlar. Doğuşdan sonrakı ilk bir neçə saatda körpə  hərarətini tənzimləmək üçün çoxlu enerji sərf edir. Əgər hərarətini çox itirərsə qanda şəkərin düşməsi yaxud başqa fəsadlar ola bilər.

Ana-körpə bağlılığının möhkəmlənməsi. Yeni körpələr anayla dəri-dəriyə sarılmağa ehtiyac duyurlar və ana südü əmmək üçün onlara fürsət verilməlidir. Körpənin sağlamlığının sabit olması və ağırlaşmalar müşahidə olunmadığı halda,  körpə anasının qucağında olmalı və bu qiymətli dəqiqələr körpə və ana arasında bağlılığı möhkəmləndimək üçün sərf edilməlidir. Anasının sinəsində bədən-bədənə sarılmış körpələrin qanda şəkər göstəricisi və bədənlərinin hərarət tanzimləmə bacarığı daha yaxşı olur və həmçinin döş əmmək qabiliyyətini daha tez mənimsəyirlər. Dəri-dəriyə kontaktı hətta qeysəriyyə kəsimi əməliyyatından sonra da tətbiq edilir. Körpənin yuyulması isə daha sonraya təxirə salınır.