İmişlidə motosikilet minik avtomobili ilə toqquşub,


Digərləri 18 Avq 2018 22:11:00 266 0

İmişlidə motosikilet minik avtomobili ilə toqquşub,

İmişlidə 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə bu gün axşam saatlarında Şəkər zavodu yaxınlığında qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobillə motosikiletin toqquşması nəticəsində, motosikldə olan İmişli sakinləri, 1975-ci il təvəllüdlü Səfərov Elşən Tahir oğlu və 1986-cı il təvəllüdlü Zərbəliyev Fərman Alisiyavər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.