Nikolayev bazarlarında üç azərbaycanlı qanunsuz miqrant aşkarlandı FOTO


Dünya 18 Avq 2018 22:02:00 246 0

Nikolayev bazarlarında üç azərbaycanlı qanunsuz miqrant aşkarlandı  FOTO

Ukrayna polisləri ölkənin Nikolayev vilayətinin bazarlarında Ukrayna ərazisində yaşamaq üçün sənədləri olmayan üç Azərbaycan vətəndaşı tapıblar.

Son.az oxu.az-a istinadən bildirir ki, polislər Nikolayevin iki rayonunda miqrasiya qanunvericiliyinə əməl olunduğunu yoxlamaq məqsədilə "Miqrant" əməliyyatı keçiriblər.

Bildirilir ki, azərbaycanlılar Ukrayna miqrasiya xidmətinin Nikolayev vilayəti üzrə nümayəndələrinə təhvil verilib və inzibati məsuliyyətə cəlb olunublar.


Xəbərə aid fotolar