Ürəyi sürətlə döyündürən qeyriadi səbəblər


Digərləri 18 Avq 2018 22:05:00 276 0

Ürəyi sürətlə döyündürən qeyriadi səbəblər

Son zamanlar insanlar arasında " ürəyim quş kimi çırpınır, elə bu dəqiqə yerindən çıxacaq" kimi sözlərlə xarakterizə olunan ürək çırpınmaları, sürətli döyünməsi şikayətləri çoxalıb.

Ürəyi çırpınan insana elə gəlir ki, döş qəfəsi sıxılır, ürək boğaza kimi gəlib. Əgər bu hal insan avtobusun ardıyca qaçıbsa, bərk qorxubsa, ya hardasa havasız yerdə qalıbsa, bu hal normaldır. Yox əgər dayandığı yerdə ürəyi çırpınırsa, o zaman bu vəziyyətin səbəbini araşdırmaq lazımdır.

Son.az medicina.az-a istinadən bu halları yaradan bəzi səbəbləri təqdim edir:

1.Qidalanma və rejim ürəyi çırpındırır

Bir çox qidalar, yeməklər, içkilər ürək döyünməsini artırır. Tibbdə həkimlər buna taxikardiya deyir. Ona görə yeməklərinizi, qida rejiminizi ciddi araşdırın.Elə adamlar var ki, sarımsaq, şoraba, hisə verilmiş məhsullar, pendir- yəni adrenalin artıran qidalar yedikdən sonra ürəyi döyünür.

2.Alkoqol, energetik içki

Ürəyi çırpındıran ən birinci səbəbdir. Alkoqol aritmiyanın başlamasına da təkan verir.

3.Kofein

Kofein adenozini blok edir, adenozin ürək ritmini yavaşıdır. Kofein təkcə qəhvədə olmur, digər içkilərdə, çayda, şokoladda, energetik içkilərdə də var. Şokoladda isə kofeinlə yanaşı, teobromin də vardır ki, bu maddə də ürək sıxılmalarını artırır.

4.Allergiya

Həm qida allergiyaları, həm dərman allergiyaları, həm də bəzi maddələrə həssaslıq qısa zaman kəsiyində ürək döyüntülərinə təsir edə bilər.

5.Çox yemək