Kəskin istilər limonun məhsuldarlığına təsir edib VİDEO


Digərləri 18 Avq 2018 21:04:00 269 0

Kəskin istilər limonun məhsuldarlığına təsir edib  VİDEO

Yayda havanın həddən artıq isti keçməsi Astaranın sitrus bağlarına təsir edib. Limon ağacları həm az bar verib, həm də limonun ölçüləri kiçilib. Fermerlər oktyabr ayında yetişəcək məhsulun qiymətinin artacağı, yaxud azalacağı barədə hələki bir şey deyə bilmirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Astara rayonunda bu il limonunun məhsuldarlığı aşağı olub.

Təsərrüfatlar bildirir ki, uzun illərdir limon əkib-becərməklə məşğuldurlar. Bu il isə bağlarda məhsuldarlıq bir qədər aşğıdır. Fermerlər məhsulun az olamsının səbəbini yay aylarında havaların çox isti keçməsi ilə əlaqələndirirlər.

Limon ağaclarının üstündə barı azdır.Bundan əlavə limonun ölçüləri də kiçilib. Bu isə bir başa sahibinə təsir edir.


Xəbərə aid video