Pəhriz saxlayarkən arıqlamağın qarşısını alan


Digərləri 18 Avq 2018 21:05:00 302 0

Pəhriz saxlayarkən arıqlamağın qarşısını alan

Sağlam və gümrah görünmək arzusu kimi müxtəlif səbəblər insanları pəhriz saxlamağa məcbur edir.

Lakin pəhriz saxlayan insanlar nə qədər diqqət etsələr də istədikləri çəkini heç cürə əldə edə bilmirlər.

Son.az BBC azərbaycancaya istinadən çəki atmağın qarşısını alan vərdişləri və bunları aradan qaldırmaq istiqamətində bəzi tədbirlərin siyahısını təqdim edir:

1. Şəkəri azaldın

Şəkərdən çoxlu istifadə çəkini azaltmağa almağa təsir edən əsas amillərdəndir. Bədən artıq qəbul etdiyi şəkəri yağ hüceyrəsi olaraq saxlayır.

Şokolad və peçenye yeməsəniz və bunların yerinə bal və ya quru meyvələrdən istifadə etsəniz belə aldığınız şəkərin miqdarı çox daha yüksək ola bilər.

Əslində istənilən halda pəhriz saxlayanlar üçün şəkər əsla qəbul olunmaması lazım olan qida maddələrinin başında durur.

Bunun qarşısını almaq üçün şəkərə nəzarət edərək pəhrizin qeydiyyatını aparın. Hər gün aldığınız şəkərin miqdarını azaltmağa çalışın.

2. Hərəkət edin

Həftədə bir neçə dəfə idman hərəkətləri etməyinizə baxmayaraq hələ də çəkinizi azalda bilmirsinizsə, o zaman günün qalan hissəsində nələr etdiyinizə diqqət yetirmək lazımdır.

Aparılan araşdırmalar insanların 80 faizinin təklif edilən idman hərəkətlərinin həftədə 5 gün.ən azı 30 dəqiqə hədəfini yerinə yetirmədiyini müəyyən edib.

Həyatınızın hər anına idman hərəkətləri daxil etməyiniz lazımdır.

Bunun üçün pilləkənləri çıxmaq, işə velosipedlə getmək və ya avtomobili gedəcəyiniz yerdən uzaqda saxlamaqla sadə tədbirlər görə bilərsiniz.

Maddələr mübadiləsini sürətləndirmək üçün bu tədbirlər vacibdir.

3. Qidaları yaxşı çeynəyin

İnsanların 60 faizi isə beş dəqiqə içində yemək yeyərək sürətlə davam edən gündəlik həyat tərzinin sürətindən geri qalmamağa çalışırlar.

Araşdırmalar həmçinin, televizora baxarkən diqqət başqa yerdə olduğuna görə, qidaların kifayət qədər çeynənmədən udulduğunu müəyyən edib.