Reaktiv artrit diaqnoz və müalicə


Digərləri 18 Avq 2018 20:55:00 370 0

Reaktiv artrit  diaqnoz və müalicə

Reaktiv artrit oynaqların aseptik iltihabı xəstəliyidir.Xəstəlik sidik-cinsiyyət və bağırsaq infeksiyaları xəstəliyini keçirmiş adamlarda və infeksiya daşıyıcılarda meydana çıxır.Reaktiv artrit xəstəyi konyuktivanın və dərinin zədələnmələri ilə müşayət olunan bir xəstəlikdir.Xəstəlik vaxtında və düzgün müalicə olunmadıqda sakroileit və spondilit də inkişaf etməyə başlayır. Xəstəliyə 18-40 yaş arası adamlarda rast gəlinir.Reaktiv artritin əmələ gəlməsinə sidik-cinsiyyət və bağırsaq infeksiyalarının qan vasitəsilə oynaqları zədələməsi nəticəsində meydana çıxır. Son.az immunitet.az-a istinadən bildirir ki, xəstəliyin əlamətləri infeksiyanın sidik-cinsiyyət və bağırsağa düşməsindən 1-3 həftə sonra baş verir.Reaktiv artritə xəstələnən adamların 80%-i NLA - B 27-nin daşıyıcılarıdır. Xəstəlik özünü artralgiya,mialgiya əlamətləri ilə göstərir.Xəstənin oynaq sümüklərində ağrılar baş verir.Beldə başlayan ağrılar aşağı ətraflara irradiasiya etdiyindən bu sümüklərdə sızıldayıcı ağrılar olur.Bəzi hallarda çiyin,diz,dirsək və əl oynaqlarında da ağrılar baş verir. Reaktiv artrit gözlərdə konyuktiv əlamətləri ilə özünü göstərir.Xəstəlik ağırlaşarsa gözlərdə zəifləmə müşayət olunur. Reaktiv artrit dəridə də öz patoloji əlamətlərini ağızın kənarlarında əmələ gələn yaralarla göstərir. Əgər xəstəlik sidik - cinsiyyət yolu vasitəsilə yoluxmuşdursa o zaman cinsiyyət üzvünün baş hissəsində yaralar əmələ gəlir. Xəstəlik zamanı dəridə keratodermiya əlamətləri meydana gəlir ki,bu da özünü ayaq barmaqlarının arasında,başın tüklü hissəsində,aralıq nahiyədə əmələ gələn səpkilərlə özünü göstərir.Bəzən psorias əlamətləri də meydana çıxır. Reaktiv artrit xəstələrin 10%-ində ürək funksiyasının zədələnməsi ilə nəticələnir.Belə ki,xəstəliyi əmələ gətirən infeksiya perikarditin əmələ gəlməsinə səbəb olur. Son.az