Bakıda qurban kəsmək üçün –


Digərləri 18 Avq 2018 20:57:00 294 0

Bakıda qurban kəsmək üçün –

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qurban bayramı ilə bağlı heyvan satışı və kəsimi üçün ayrılan yerlərin siyahısını açıqlayıb.

Agentlikdən Son.az-a verilən məlumata görə, bayram günlərində küçələrdə və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün Bakı şəhərində və Abşeron rayonunda 33 yer müəyyənləşdirilib.

Həmin ünvanlar aşağıdakılardır:

1. Gülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma idarəsinin arxası),

2. 20-ci sahə (Badamdar şossesi)

3. Zığ yolu ("Nargilə" adlanan yer və 5 saylı binanın yaxınlığında)

4. Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi,

5. Biləcəri qəsəbəsi, Xocəsən-Biləcəri-Binəqədi yolu (dördyol adlanan yer),

6. Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı), Cəfər Xəndan küçəsi 54 ("Ət pavilyonu")

7. Şərifzadə küçəsi 1969,

8. Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 7,

9. M.Xiyabani küçəsi 10c

10. Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi),

11. Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı),

12. "Qoç-ət" MMC , Lökbatan qəsəbəsi

13. M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi,

14. "Azər-Aqro" MMC ,

15. Yeni Bakı Neftayırma Zavodu dairəsi,

16. Əliyar Əliyev küçəsi 26 ("Bakı Taxıl-2" ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)