Qazaxda kartof böcəyinə qarşı mübarizə tədbirləri aparılır (FOTO)


Digərləri 18 Avq 2018 20:48:48 324 0

Qazaxda kartof böcəyinə qarşı mübarizə tədbirləri aparılır (FOTO)

Qazax rayonu ərazisində karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı müşahidə və mübarizə tədbirləri davam etdirilir.

Bakı. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin Qazax Rayonu Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən Qazax rayonunun Cəfərli kəndində “Azərsun Holdinq” MMC-yə məxsus 138 hektar kartof sahəsində fitosanitar müşahidələr həyata keçirilib və 38 hektar sahənin Kolorado kartof böcəyi ilə sirayətləndiyi aşkar olunub. Nazirlikdən Trend-ə verilən məlumata görə, sirayətlənmə aşkar olunmuş sahədə təsərrüfat subyekti hesabına “PROMUSE-700” preparatı ilə kimyəvi mübarizə tədbirləri həyata keçirilib. Mübarizə tədbirləri öz səmərəsini verib və sahələrdə Kolorado kartof güvəsinə rast gəlinməyib.