Cim Mattisdən Münbiç açıqlaması


Dünya 18 Avq 2018 20:13:00 242 0

Cim Mattisdən Münbiç açıqlaması

Latın Amerikasına səfər edən ABŞ Müdafiə naziri Cim Mattis təyyarədə onu müşayiət edən amerikan mətbuat nümayəndələrinin suallarını cavablandırdı.

Mattis Münbiç ətrafında koordinasiyalı, lakin müstəqil fəaliyyəti davam edən Türk və amerikan hərbi qüvvələrinin nə zaman birgə nəzarət fəaliyyətinə başlayacağına dair bir verilən suala: "72 saat içində deyə bilərəm. Çox yaxında, bəlkə də daha əvvəl" şəklində cavab verdi.   Müdafiə naziri sözügedən təlimlər üçün müvafiq personalın və avadanlıqların hazırda Türkiyədə olduğunu qeyd etdi, ancaq detallar barədə məlumat verməyəcəyini bildirdi.   Mattis birgə nəzarət fəaliyyətinin nə zaman başlayacağı barədəki suala cavab vermədi.