"Biz bəşəriyyətin ortaq səsi və vicdanıyıq"


Dünya 18 Avq 2018 20:16:00 259 0

"Biz bəşəriyyətin ortaq səsi və vicdanıyıq"

Yeni prezidentlik sisteminin ilk AK Partiya qurultayında kürsüyə çıxan Türkiyə prezidenti və AK Partiya sədri Rəcəb Tayyib Ərdoğanın gündəmində Türkiyəyə qarşı aparılan iqtisadi müharibə vardı.  Prezident Ərdoğan çıxışında: "Bəziləri bizi guya iqtisadiyyat, sanksiya, məzənnə, valyuta, faiz, inflyasiya ilə hədələyir. Onlara deyirik ki, oyununuzu gördük və meydan oxuyuruq. İman varsa, imkan da var. Millətimiz bu günə qədər neçə xəyanətləri, neçə tələləri imanı ilə boğub.  Dünyanı sümürərək özlərinə rifah yaradanlara boyun əymədik, əyməyəcəyik. Həm cəsarəti, həm ağlı olan bu millətin qarşısında duracaq heç bir fani güc tanımırıq. Heç kim bu millətlə, bu ölkə ilə oynamağa qalxmasın. "Ya olacağıq, ya öləcəyik" deyərək hədəflərimizə doğru irəliləyən bir millətik. Zahirdə bizə strateji tərəfdaş kimi görünərək atdığı hər addımla bizi strateji hədəf halına salmağa çalışanlara təslim olmadıq, olmayacağıq. Bir də hayqırırıq: "Bacarmayacaqsınız, millətimizi bölə, azanlarımızı susdura , bayrağımızı endirə, dövlətimizi yıxa bilməyəcəksiniz. Türkiyənin yüksəlişini dayandıra, hədəflərimizə nail olmamıza mane ola bilməyəcəksiniz. Çünki biz Türkiyəyik, çünki biz Türk millətiyik, çünki biz müsəlmanıq, çünki biz bəşəriyyətin ortaq səsi və vicdanıyıq" dedi.