Nazirlik: Əmək müqaviləsi olmadan işləmək işçini bütün əmək hüquqlarından və gələcək sosial təminatdan məhrum edir (FOTO)


Digərləri 18 Avq 2018 20:17:33 275 0

Nazirlik: Əmək müqaviləsi olmadan işləmək işçini bütün əmək hüquqlarından və gələcək sosial təminatdan məhrum edir (FOTO)

Qeyri-rəsmi məşğulluğa qarşı mübarizədə işəgötürənlərin də yaxından iştirakı vacibdir

Bakı. Əmək münasibətləri əmək müqaviləsi əsasında həyata keçirildikdə bu, işçiyə onun həyatının, sağlamlığının, əməyinin mühafizəsini təmin edən əmək şəraitində və qanunvericiliklə müəyyən edilmiş iş vaxtı müddətində çalışmaq hüququ yaradır. İşçiyə minimum əmək haqqından aşağı olmayan əmək haqqı almaq, məcburi dövlət sosial sığortasına cəlb edilərək gələcəkdə sosial təminat hüququ əldə etmək imkanı verir. Trend-in məlumatına görə, bu fikirlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2018-ci il üzrə Tədbirlər Planına uyğun olaraq, İmişli rayonunda İmişli, Sabirabad, Saatlı, Fizuli, Beyləqan rayonlarından olan ayrı-ayrı işəgötürənlərin iştirakı ilə keçirdiyi seminarda vurğulanıb. Seminar “Əmək müqaviləsinin bağlanması, şərtlərinin dəyişdirilməsi və xitam verilməsinin əsasları və qaydaları” və “Nəqliyyat iqtisadi sahəsində qeyri-rəsmi məşğulluğun qarşısının alınması” mövzularına həsr olunub.