ABŞdan iddia: "Çin zərbəyə hazırlaşır..."


Dünya 18 Avq 2018 20:02:00 245 0

ABŞdan iddia: "Çin zərbəyə hazırlaşır..."

Pekin ABŞ-ın Çin silahlı qüvvələri barədə hazırladığı hesabata kəskin etiraz edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lu Kan bəyanatla çıxış edib.

Lu Kan qeyd edib ki, dünən yayılan hesabatda Çin ordusunun ABŞ və müttəfiqlərinə qarşı zərbələrə hazırlandığı barədə fərziyyə irəli sürülüb: "ABŞ-da hazırlanan hesabatında real faktlar nəzərə alınmayıb, Çinin ordu quruculuğu haqda absurd şərhlər yer alıb, həmçinin Çinin müstəqilliyi və ərazi bütövlüyü barədə məsuliyyətsiz bəyanatlar verilib. Çin tərəfi bununla əlaqədar kəskin etirazını bildirir".