Türkiyə neft və neft məhsullarının


Digərləri 18 Avq 2018 20:04:00 215 0

Türkiyə neft və neft məhsullarının

Türkiyənin neft və neft məhsulları idxalı azalıb. Bu barədə Türkiyənin Enerji Bazarını Tənzimləmə Təşkilatı (EPDK) məlumat yayıb.

Son.az virtualaz.org-a istinadən bildirir ki, iyunda ölkənin neft və neft məhsulları idxalı keçən ilin eyni ayına görə 3,6 faiz azalaraq 3 milyon 388 min ton olub. Ötən ilin eyni dövründə bu göstərici 3 milyon 515 min ton təşkil edib.

Türkiyənin xam neft idxalı isə 8,77 faiz azalaraq 1 milyon 832 min ton təşkil edib. Hesabat dövründə Türkiyə ən çox İraq (646 min ton), Rusiya (378 min ton) və İrandan (287 min ton) xam neft alıb.