Sabirabadda maşın piyadanı vurub


Digərləri 18 Avq 2018 19:47:00 187 0

Sabirabadda maşın piyadanı vurub

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib

Son.az "Report"a istinadən bildirir ki, rayonun Azadakənd kəndinin sakini Xankişiyev İsrafilin idarə etdiyi "VAZ 2106" markalı avtomobil yolu keçən kənd sakini 1991-ci il təvəllüdlü Ağayev Vüqar Ataxan oğlunu vurub.

Vüqar Ağayev dərhal kəllə-beyin travması ilə Şirvan şəhər Mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Yaralının vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.