Yasamalda ikimərtəbəli ev yandı VİDEO


Digərləri 18 Avq 2018 19:31:00 254 0

Yasamalda ikimərtəbəli ev yandı  VİDEO

Paytaxtın Yasamal rayonunda ümumi sahəsi 100 kvadratmetr olan ikimərtəbəli evdə yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə altı otaqlı ev əşyaları ilə birlikdə yanıb. Yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Bitişik evlər yanğından mühafizə olunub. Alov yanğın bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.


Xəbərə aid video