Bakıda qonşusunu təpikləyib öldürən şəxsin


Digərləri 18 Avq 2018 19:11:00 266 0

Bakıda qonşusunu təpikləyib öldürən şəxsin

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Şöhrət Qədimovun (1987-ci il təv.) CM-nin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) və 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) maddəsi ilə məhkum olunmasına dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az oxu.az-a istinadən bildirir ki, ötən ilin oktyabr ayında Kürdəxanı qəsəbəsində, Quşçuluq sovxozunda yaşayan Şöhrət Qədimov aralarında yaranan mübahisə zamanı qonşusu Şeyda Məmmədova yumruq və təpiklə ağır xəsarətlər yetirib.

Şahidlərin köməkliyi ilə 3 saylı kliniki xəstəxanaya çatdırılan yaralının həyatını həkimlər xilas edə bilməyiblər. Həmin gün şübhəli şəxs Sabunçu RPİ 14-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb və istintaqa tədim edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ş.Qədimov 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdırıb, məhkumun şikayətini təmin etməyib. Qərara əsasən, hökm dəyişdirilmədən saxlanılıb.