Hər dərdə dərman Sarımsaqlı süd


Digərləri 18 Avq 2018 19:05:00 296 0

Hər dərdə dərman  Sarımsaqlı süd

Sarımsaqlı süd xalq təbabətində müxtəlif xəstəliklərin müalicəsində istifadə olunan ən populyar vasitələrdən biridir.

Son.az saglamolun.az-a bildirir ki, sizə bu möcüzəli vasitənin faydaları ilə tanış edir:

1. Sarımsaqlı süd uzunsürən öskürək zamanı çox yaxşı kömək edir. Qarışığa 1 çimdik sarıkök də əlavə etsəniz faydası qat-qat artacaq.

2. Oynaq ağrıları və iltihablar zamanı sarımsaqlı süd xəstənin vəziyyətini yüngülləşdirməyə yardım edir.

3. Sarımsaqlı süd damaraları təmizləyir, qanda pis xolesterinin səviyyəsini aşağı salır və bununla da ürək və damar xəstəliklərdən qoruyur.

4. Yuxusuzluqdan əziyyət çəkirsinizsə, yatmazdan 1 saat əvvəl 1 stəkan sarımsaqlı süd için.

5. Sarımsaqlı süd ən tanınmış qurdqovucu vasitədir.

6. Bir çox həkim-naturopatlar sarımsaqlı südü işiasın (oturaq sinirinin sıxılması) müalicəsində istifadə edir. Sarımsaqlı süd bu xəstəliyə xas olan ağrıları və iltihabı azaldır.