ABŞ hökumətinin nümayəndə heyəti investisiyaların təşviqi məqsədilə Azərbaycan rəsmilərilə görüşlər keçirib


Digərləri 18 Avq 2018 18:52:49 269 0

ABŞ hökumətinin nümayəndə heyəti investisiyaların təşviqi məqsədilə Azərbaycan rəsmilərilə görüşlər keçirib

ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) vitse-prezidenti David Bohigian və digər ABŞ rəsmiləri Bakıda Azərbaycan hökumətinin rəsmilərilə ilə görüşüblər

Bakı. ABŞ hökumətinin Xarici Özəl İnvestisiya Korporasiyasının (OPIC) vitse-prezidenti David Bohigian və digər ABŞ rəsmiləri Bakıda Azərbaycan hökumətinin rəsmilərilə ilə görüşüblər. ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, səfərin məqsədi ABŞ-ın regiona investisiyalarını təşviq etmək, tərəfdaşlıqları gücləndirmək və iqtisadi artım və sabitliyə aparan işgüzar əlaqələri dərinləşdirmək üçün imkanlar tapmaqdır. D.Bohigian bildirib: "OPIC, təbii resurslara, enerji və infrastruktur layihələrinə yönəlmiş investisiyalar vasitəsilə Azərbaycanı və onun xalqını dəstəkləməyə çalışır. Azərbaycan və regionda ABŞ-ın daha böyük investisiyaları üçün cəlbedici imkanlar mövcuddur, bu investisiyalar özəl sektoru gücləndirərək daha yaxşı həyat və icmalar qurmağa kömək edir. Şəffaflığın, davamlılığın, keyfiyyətin və yerli icma və ətraf mühitə hörməti təşviq edən investisiyalara sadiq qalmaqla Azərbaycan öz xalqı üçün müsbət bir yola sadiqdir. Azərbaycan hökuməti bu yolla hərəkət etdikcə hər iki ölkənin iqtisadiyyatına və xalqına fayda verəcək".