Azərbaycan Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib


Digərləri 18 Avq 2018 18:48:00 262 0

Azərbaycan Avropa İttifaqı ölkələrinə 5,4 milyard dollarlıq məhsul ixrac edib

Bu ilin yanvar-iyul aylarında Azərbaycandan Avropa İttifaqı (Aİ) ölkələrinə 5 milyard 489 milyon 727 min ABŞ dolları dəyərində məhsul ixrac olunub.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Dövlət Gömrük Komitəsindən (DGK) verilən məlumata görə, bu göstərici ötən ilin analoji dövrünə nisbətən 2 milyard 650 milyon 325 min dollar çoxdur.