Sahibkarların gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib


Digərləri 18 Avq 2018 18:17:00 290 0

Sahibkarların gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Bakı Baş Gömrük İdarəsində və Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda mövcud vəziyyətlə tanış olub.

Son.az Trend-ə istinadən bildirir ki, DGK-dan verilən məlumata görə, S.Mehdiyev Bakı Baş Gömrük İdarəsində gömrük işinin səmərəli təşkili, gömrük prosedurlarının və gömrük rəsmiləşdirilməsinin sürətləndirilməsi, "bir pəncərə" sisteminin tətbiqi sahəsində aparılan işlərin səviyyəsi ilə maraqlanıb. Məlumat verilib ki, idarədə yaradılan lazımi şərait nəticəsində yüklərin rəsmiləşdirilməsi sürətləndirilməklə yanaşı, xarici iqtisadi fəaliyyət iştirakçılarının da gömrük prosedurlarına sərf etdiyi vaxt minimuma endirilib.

DGK sədri əmin olduğunu bildirib ki, gömrük əməkdaşları qarşıya qoyulan vəzifələri daha yüksək səviyyədə həyata keçirəcək, öhdəliklərə daim məsuliyyətlə yanaşacaq və etimadı doğruldacaqlar.


Xəbərə aid fotolar