Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib


Dünya 18 Avq 2018 18:18:00 238 0

Lukaşenko hökumətə yeni baş nazir və nazirlər təyin edib

Belarus prezidenti Aleksandr Lukaşenko hökumətin rəhbərliyində dəyişiklik edib.

Son.az Trend-ə istinadən bildirir ki, Sergey Rumas baş nazir təyin edilib. O, yeni vəzifəsinə qədər ölkədə İnkişaf Bankına rəhbərlik edib.

Nazirlər Şurası Aparatının rəhbəri Aleksandr Turçin baş nazirin birinci müavini təyin edilib. İqor Lyaşenko, Vladimir Kuxarev, İqor Petrişenko da baş nazirin müavinləri olacaq.