İran İraqa dəvət göndərdi: Yenidən başlayaq


Dünya 18 Avq 2018 17:50:00 278 0

İran İraqa dəvət göndərdi: Yenidən başlayaq

İranını Energetika Nazirliyi keçmişdən qalan borcun ödənməsi və elektrik ixracının yenidən başladılması məsələlərini müzakirə etmək üçün İraq Elektrik Nazirliyinə dəvət göndərib.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu barədə İranın Energetika naziri Rza Ərdəkaniyan danışıb.

"İraq mövcud borcun bir hissəsini ödəyib. Enerji və digər məsələləri müzakirə etmək üçün onlara dəvət göndərdik. İraqla münasibətləri inkişaf etdirmək və elektrik ixracını davam etdirmək istəyirik", - nazir bildirib.