Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib (FOTO)


Digərləri 18 Avq 2018 17:41:00 247 0

Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib (FOTO)

Görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Bakı. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Qızıldaş qəsəbə parkının yenidənqurulmasından sonra parkın açılışında olub, hal-hazırda qəsəbə şəhidlər kompleksinin təmir işləri ilə maraqlanıb və Qızıldaş qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib. Rayon İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər. Keçirilmiş səyyar qəbulda 150-dən çox qəsəbə sakinləri iştirak edib. Görüşdə iştirak edən qəsəbə sakinləri və qəsəbə ağsaqqalları qəsəbə ərazisində görülən işlərə görə, Lökbatan-Qızıldaş avtomobil magistral yolunun yenidənən qurulması ilə əlaqədar öz təşəkkürlərini bildiriblər. Qəsəbə sakinlərindən 23 nəfəri fərdi qaydada dinlənilib.