Türkiyəli aktyorun qızı oldu


Digərləri 18 Avq 2018 17:24:00 256 0

Türkiyəli aktyorun qızı oldu

Türkiyənin məşhur aktyoru Engin Altan Düzyatan ikinci dəfə ata olub.

Son.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyorun xanımı Neslişah Alkoçlar qız övladı dünyaya gətirib. Doğum Amerikada baş tutub. Onlar xoş xəbəri yaxınları ilə paylaşaraq: "Prenses dünyaya gəldi. Adı Alara oldu" deyib. 

Qeyd edək ki, cütlüyün ailə üzvləri də onlara dəstək üçün Amerikaya gəliblər.


Xəbərə aid fotolar