Ərdoğan: “Təslim olmayacağıq”


Dünya 18 Avq 2018 16:27:00 217 0

Ərdoğan: “Təslim olmayacağıq”

"Zahirdə özünü bizə strateji müttəfiq kimi göstərib, lakin atdığı hər addımda bizi strateji hədəf halına gətirməyə çalışanlara təslim olmadıq və olmayacağıq".

Son.az Report-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən VI qurultayında deyib. 

Onun sözlərinə görə, Türkiyənin inkişafını istəməyənlər ölkədə çevrilişə cəhd ediblər: "Biz qurulan oyunlara boyun əyən deyil, oyun quran xarici siyasət yaratmışıq".