İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna test imtahanının nəticələri açıqlanıb


Digərləri 18 Avq 2018 16:12:00 231 0

İnzibati icraçı vəzifələr üzrə dövlət qulluğuna test imtahanının nəticələri açıqlanıb

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək

Bakı. İnzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının nəticələri elan olunub. Dövlət İmtahan Mərkəzindən (DİM) Trend-ə verilən məlumata görə, bu gün dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçirilib. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş 1013 namizəddən 11 nəfər imtahana gəlməyib. İmtahan nəticələri saat 15:40-dan etibarən DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər. Nəticələrə əsasən: BA1 altqrupu üzrə – 3 nəfər; BA2 altqrupu üzrə – 4 nəfər; BA3 altqrupu üzrə – 18 nəfər; BA4 altqrupu üzrə – 41 nəfər; BB1 altqrupu üzrə – 13 nəfər;