Sheriff - Qarabağ matçının hakimi açıqlandı


İdman 18 Avq 2018 15:21:00 299 0

Sheriff - Qarabağ matçının hakimi açıqlandı

Qarabağ-ın UEFA Avropa Liqasının pley-off mərhələsində Moldovada Sheriff-ə qarşı keçirəcəyi ilk oyunun təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, avqustun 23-də Tiraspolda baş tutacaq görüş avstriyalı hakimlərə həvalə olunub. Matçın referisi Harald Lexner olacaq. Ona Andreas Heydenrex, Maksimilian Kolbim və Yulian Veynberger kömək edəcək.

Oyunun hakim-inspektoru ukraynalı Vladimir Petrov, UEFA nümayəndəsi isə finlandiyalı Teuvo Holopainedir.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.