Keşlə Litva millisinin üzvünü transfer etdi


İdman 18 Avq 2018 15:46:00 337 0

Keşlə Litva millisinin üzvünü transfer etdi

Bakının “Keşlə” klubu heyətinə yeni futbolçu cəlb edib.

Goal.az klubun rəsmi saytına istindən xəbər verir ki, paytaxt təmsilçisi litvalı Edvinas Girdvainislə anlaşıb. 25 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Litva millisinin futbolçusu karyerası ərzində vətənində "Ekranas", İspaniyanın "Marbelya", Polşanın "Pyast", Rusiyanın "Tom" və İsrailin "Hapoel" (Təl-Əviv) komandalarının formasını geyinib.